Görünür ki, Mayamidə (ABŞ, Florida) hər kəs dünya şöhrətli futbolçu, 2022-ci ildə Argentina milli komandasına Dünya Çempionatında qələbə qazandıran Lionel Messini dəstəkləyir.
Uvertura.az NBC News TV kanalına istinadən xəbər verir ki, minlərlə pərəstişkarları Mayamidə onun yolunu gözləməkdədir.
Qeyd edək ki, Messi iyulun 7-dəki açıqlamasında bildirib ki, İnter Mayami futbol klubu ilə razılığa gəliblər. Özünün klubdakı debütünü etməyə isə sayılı günlər qalıb, super ulduza görə biletlərin və iştirakçıların sayı artıb. Bu açıqlamadan sonra Messi Mayaminin simasına çevrilib. Mayamidə fəaliyyət göstərən restoranlardan biri onun fotosunu divara həkk edib. Hətta indi Mayamidə onun adını daşıyan pivə də var. Eyni zamanda burada biznes inkişaf edib və daşınmaz əmlakın qiymətləri yüksəlib.
Əlavə edək ki, yeni klubdakı ilk debütündən əvvəl isə Messi Floridadakı ən böyük supermarketlərdən birindən alış-veriş edən zaman kameralara tuş gəlib.
Azərkeşlər onu səbirsizliklə gözləyirlər və Messiyə futbolda etdiyi və edəcəyi hər şey üçün minnətdar olduqlarını bildirirlər.