“Amazon” şirkətinin rəhbəri Jeff Bezos jurnalist partnyoru, sevgilisi Lauren Sanchez ilə 4 illik münasibətdən sonra nişanlanıb.
Uvertüra.az xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə Bezos-un birinci həyat yoldaşı MacKenzie Scott 25 illik evilikdən sonra boşanma qərarı almışdı.
Bu cütlüyün isə evlilikdən 3 doğma oğlu və Çindən övladlığa götürdüyü 1 qız övladı var. Eyni zamanda əyləncə müxbiri, jurnalist Lauren-in də ilk evlilikdən 3 uşağı var. Lauren daha əvvəlki açıqlamalarında qeyd etmişdir ki, çoxlu uşaqlar ilə birlikdə olmaq maraqlıdır, çünki söhbətin hara gedəcəyini əvvəlcədən təxmin etmək olmur.
Qeyd edək ki, Bezos dünyanın ən varlı insanlarından biridir və onun 137 milyard dollar pulu var və “Forbes”in milyarderlər siyahısında 3-dür.