Müğənni Elariz Məmmədoğlu oğlu Məmmədə İstanbulda toy edib.
Uvertura.az xəbər verir ki, sənətçi “Elgizlə izlə” verilişinə zəng edərək, toy haqqında danışıb. O bildirib ki, məclisə Azərbaycan ifaçılarından Arzu Rzayevi dəvət edib:
“Yaxın qohumlarım, dostlarımı çağırdım. Toyda Arzu Rzayev oldu. Biletini də aldım, otelinin də pulunu ödədim. Çox pulgir adamdır”.
Elariz övladına İstanbulda toy etməsinin səbəbini açıqlayıb:
“Çünki oğlum İstanbulda vəkil kimi çalışır. Dost-tanışı İstanbuldadır. Türkiyədə olan bütün azərbaycanlılar ona müraciət edir. Bakıda toy etsəydim, gərək hamı ora gələrdi”.
Qeyd edək ki, Məmməd Mehriban adlı xanımla ailə qurub.