Mədəniyyət

Əlcəzairdə Şuşa haqqında kitab çap olunub

Əlcəzairdə akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası – Şuşa” kitabı çapdan çıxıb.

Uvertura.az ölkəmizin Əlcəzairdəki səfirliyinə istinadla xəbər verir ki, 2024-cü ildə Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması çərçivəsində diplomatik nümayəndəliyimizin dəstəyi ilə AMEA-nın həqiqi üzvü, akademik Zemfira Səfərovanın müəllifi olduğu “Azərbaycanın musiqi qalası – Şuşa” kitabı ərəb dilində bu ölkənin “DJIL Print” nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan çıxıb.

You may also like