Azərbaycanca Ulduzlararası adlanan bəşəriyyətin həyatda qalmaq üçün mübarizə apardığı antiutopik gələcəyi təsvir edən film, bəşəriyyət üçün yeni ev axtarışında Saturn yaxınlığındakı soxulcan dəliyindən keçən bir qrup astronavtdan bəhs edir.
Mühəndis və keçmiş NASA pilotu Cozef Kuper indi fermerdir. O qaynatası Donald, 15 yaşlı oğlu Tom və 10 yaşındakı qızı Mörfi ilə birgə yaşayır. Mörfi öz yataq otağında qəribə toz fiqurları gördükdə, o, bunları ruhun etdiyini düşünür. Kuper nəhayət qəliblərin cazibə qüvvəsinin dəyişməsindən təsirləndiyini və bunun hansısa bir coğrafi koordinatın ikili bir kodu olduğunu aşkar edir. Kuper həmin koordinatlara getdikdə köhnə rəisi professor Con Brendin rəhbərliyində olan gizli NASA araşdırma mərkəzi tapır. Professor Brend qravitasiya anomaliyalarının başqa yerlərdə də baş verdiyini deyir. Filmin davamında Kuperi suprizlər gözləyir…
İstər aktyor seçimi, istərsə, musiqi, istərsə də vizual effektlər tərəfdən film möhtəşəm səviyyədədir. Əlavə olaraq fizika qanunları, elmi fərziyyələrdən bol-bol bəhs edilir və buda filmə əlavə maraq qatır.
Araşdırdı: Səid Məmmədov