Psevdoelmin mifləri, “Yeni çağ” düşüncəsi və təəssübkeşliklə elmin sınanıla bilən fərziyyələri arasındakı fərqi bilməsək, texnologiyanın getdikcə daha çox rol oynadığı həyatımızda rasional qərarları necə verə bilərik? Karl Saqan tarixə və mədəniyyətə geniş perspektivdən baxaraq, cadugərlik, dua ilə şəfa, iblislər və UNO-lar kimi geniş yayılmış illüziyaları analizlə ifşa edir.
Uvertura.az xəbər verir ki, çağımız “informasiya dövrü” adlandırılsa da, mövzusu “yadplanetlilər tərəfindən qaçırılma” və ekstrasenslik olan psevdoelm geniş yayılır, müştərək hallüsinasiyalar diqqət çəkir və ciddi qəbul edilir. Saqan ağılsızlığın siren nəğməsinin sadəcə səhv yola dönmək yox, həm də fundamental hüquqlarımızı təhdid edən qaranlığa qərq olmaq mənasına gəldiyini çox sərrast şəkildə izah edir.
Bu kitabdan əvvəl Karl Saqandan elmin, elmi-kritik düşüncənin əhəmiyyəti barədə bir neçə məqalə oxumuşdum. Kitab isə həmin məqalələrdə təqdim olunmuş ideyaların daha dolğun təqdimatı idi. Kitabı oxumaqla siz yaşadığımız dövrün bütün psevdoelmi mülahizələrinə, həyat kouçluğu, geniş vüsət almış psevdopsixoloji kitabların aldadıcı intonasiyasına və xüsusən Oşo tipli neo-Şeyx Nəsrullahların saxtakarlıqlarına qarşı çox etibarlı silah əldə etmiş olacaqsınız.