Müğənni Elvin Mirzəzadə boşanıb.
Uvertura.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb. Elvin bildirib ki, evliliyini rəsmi şəkildə sonlandırıb:
“Əziz dostlar, üzülərək və təəssüf hissiylə demək istəyirəm ki,ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım.
Düzdür,böyük əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq . Ancaq səbəb qətiyyən bu deyil.Sadəcə qismət…
Keçmiş həyat yoldaşıma sayqım, hörmətim olduğu kimi qalır. İstəməzdim belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm.Bu barədə artıq heç nə danışmaq istəmirəm.Yenə də “xeyirlisi ” deyib, həyatıma yalnız davam edirəm.
Allah hamınızı xoşbəxt eləsin”.