Əməkdar artist Elza Seyidcahan səhnədə yıxılıb.
Uvertura.az Lent.az-a istinadən xəbər verir ki,Space telekanalında müğənni konsert çəkilişində olarkən səhnədə ayağı libasının ətəyinə ilişib və o yerə çırpılıb.
“O konsertdə yarım saat oxudum. Növbəti dəfə libasımı dəyişib səhnəyə çıxdım. Fikirli idim. Libasımın ətəyi ayaqqabımın dabanına ilişdi, yerə çırpıldım. İsti-isti ağrını hiss etməmişəm. Mahnımı yenə oxudum. Həkimə getməyi təklif etsələr də, getmədim. “Müsəlman ölümcül olmayana qədər həkimə getmir” deyirlər axı, mən də elə. Gəldim evə. Sinəm möhkəm ağrıyırdı. 3 gün o halda evdə gəzmişəm, nəvəmi qucağıma almışam, namaz qılmışam. Axır dözmədim ağrılara getdim həkimə, heç demə, döş qəfəsimdə sınıq var imiş, çat da var. İndi sarınıb gəzirəm. O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi”, – deyə o bildirib.