Teatrın məlumatına əsasən, o, uzun müddət davam edən xəstəlikdən sonra həyatını itirib.
Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Aktyor, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərib.
2018-ci il oktyabrın 16-da isə Mövsüm Hüseynov Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.