İyulun 23-dən 26-dək Xəzər dənizinin sahili – Bakıdakı “Sea Breeze Resort” yenidən “Dream Fest” beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək. Azərbaycanın Xalq artisti, müğənni, musiqiçi və biznesmen Emin Ağalarov (EMIN) jurnalistlərlə keçirdiyi görüşdə bu genişmiqyaslı musiqi bayramının pərəstişkarlarını gözləyən sürprizlərdən bəhs edib.
Uvertura.az xəbər verir ki, festival MDB, Avropa ölkələri, Böyük Britaniya, Türkiyə və Kanadadan olan 50-dən artıq artisti bir araya gətirəcək. Məşhur musiqiçi qeyd edib ki, bakılıları və paytaxtın qonaqlarını ən əyləncəli dörd gün gözləyir. Ənənəyə uyğun olaraq ehtimal etmək olar ki, bu festival Azərbaycanın mədəni həyatında parlaq məqamlardan birinə çevriləcək.