Azərbaycanlı müğənni və biznesmen, Xalq artisti Emin Ağalarov atasına məxsus “Crocus Group” şirkətindən ayrılıb.
Uvertüra.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Emin Ağalarov şirkətdən getməsini şəxsi layihələrinin olması ilə izah edib. “Hazırda mən öz layihələrimlə – “Sea Breeze” kurort şəhərinin, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı ilə məşğulam “, – deyə Xalq artisti qeyd edib.