“Oskar” mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən və həyat yoldaşı Betsi Arakavanın ölüm səbəbi məlum olub.
Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, ekspertiza nəticələri Arakavanın hantavirus infeksiyasından öldüyünü, altsheymer xəstəsi olan Hekmənin isə bir həftə sonra ürək tutması səbəbindən vəfat etdiyini müəyyən edib.
Ehtimal edilir ki, aktyorun xəstəliyi onun həyat yoldaşının ölümünü anlamasına imkan verməyib. Onların evdə ayrı-ayrı otaqlarda ölü tapıldığı bildirilir.
Araşdırmalara əsasən, Arakava fevralın 11-də, Hekmən isə fevralın 18-də vəfat edib. Hadisə zamanı onların ev heyvanları da ölü tapılıb.
Qeyd edək ki, hantavirus ABŞ-da nadir hallarda rast gəlinən bir xəstəlikdir. Cütlüyün cəsədləri ABŞ-ın Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.