Azərbaycan İstiqlal Muzeyində görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski” adlı tədbir-sərgi keçirilib.
Muzeydən Uvertura.az -a bildirilib ki, sərgi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarından, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin və filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin şəxsi arxivindən, eləcə də Dövlət Arxiv Fondundan gətirilmiş 27 nadir fotoşəkil nümayiş olunub.
Bu materiallar Xoyskinin siyasi irsini, dövlət quruculuğu fəaliyyətini və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi reallıqlarını daha dərindən öyrənmək üçün mühüm mənbə rolunu oynayır.
Tədbirdə Xoyskinin dövlətçilik irsinə həsr olunmuş elmi çıxışlar edilib və müzakirələr aparılıb.
