Dəb dizayneri Fəxriyyə Xələfovanın “Sevgi rəngləri” adlı yeni dəb kolleksiyası Bakıda nümayiş edilib.
Uvertüra.az Azernews/İngilisə istinadən xəbər verir ki, tədbirin açılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi qeyd ilə başlayıb və bildirilib ki, onun adı Azərbaycan tarixinə silinməz bir iz qoyub. Daha sonra qonaqlara dahi Lider haqqında qısa video təqdim edilib.
Uzun illərdir ki, Fəxriyyə xanım, istər yerli, istərsə də beynəlxalq müstəvidə dəb sənayesi ilə bağlı təşəbbüslərini ortaya qoymaqdadır. Onun dəb kolleksiyaları beynəlxalq dəb həftəsi çərçivəsində Fransa, Türkiyə, Almaniya, Yaponiya, Avstriya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rusiya, Belarus, Latviya, Misir, Monakoda nümayiş edilib.
Onun “Sevgi rəngləri” adlandırdığı yeni kolleksiyası isə yaz fəsli, təbiətin parlaq rəngləri və insan ruhunun emosiyalarından ilhamlanıb.