“Heç kimin üzərində zəfər çalmaq qürurlandırmaz məni. Hər kəs ağzına yiyəlik etsin. Bir sözü danışanda ehtiyyatlı olun. Sizin bir sözünüzdən ailə dağıla, insan ölə bilər. Sözlə ehtiyyatlı olun”.
Uvertura.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə yazıb. O, rəqqasə Fatimə Fətəliyeva ilə arasındakı apellyasiya məhkəməsinin sənədini izləyiciləri ilə bölüşüb. Növbəti dəfə qalib gələn şair bunları əlavə edib:
“Fatimə də sözünün acizi oldu. Söylədiyi sözlərin mənə aid qismi tamamən yalan, şər və böhtan çıxdı. Allah sizi şərdən qorusun! Fatimə qanun qarşısında məndən üzr istəyəcək və şər atdığı sözlərini təkzib edəcək”.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla” sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.