Türkiyəli müğənni və aktyor Ferdi Tayfurun səhhəti pisləşib.
Uvertura.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı sənətçi yüksək təzyiq səbəbindən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Xatırladaq ki, Ferdi Tayfur bir müddət dializ müalicəsi alıb və 2020-ci ildə oğlunun böyrəyi ona köçürülüb.
Ümumilikdə 9 dəfə “Altın plak” mükafatı qazanan sənətçi, filmlərdə yer alan mahnıları ilə də tanınır. 30-dan çox albom və 30-dan çox filmə imza atan sənətçi, 1982-ci ildə “Ferdifon Plakcılık” şirkətini qurub.