Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli müğənni Ferdi Tayfur 79 yaşında vəfat edib.

Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki,ölümündən sonra Ferdi Tayfurun var-dövləti maraq doğurub.

İddialara görə, Tayfurun Marmarisdə bir yarımada və körfəz, Adanada 50 mənzil, İstanbulda isə 30 ev və 6 villası olduğu bildirilib.

Ferdi Tayfurun mülklərinin kimə qalacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, müğənninin 5 övladı var.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Tayfura 2020-ci ildə oğlundan böyrək köçürülmüşdü.

You may also like