Avqustun 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Uvertura.az xəbər verir ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək.
Konsert çərçivəsində solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) tamaşaçılara öz ifalarını təqdim edəcəklər.
Proqramda bəstəkarın “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı (işlənmə Niyazinindir) və Konsert valsı səslənəcək.