“Rocky”, 1976-cı ildə yayımlanan və idman filmi janrında bir dönüm nöqtəsi hesab olunan bir filmidir. İtalyan-Amerikan aktyoru Sylvester Stallone-nun yaratdığı bu film, yalnız bir boks hekayəsi olmaqla qalmayıb, eyni zamanda insan iradəsinin, əzmkarlığının və mübarizəsinin simvoluna çevrilmişdir
Film Philadelphia-da yaşayan və gündəlik işçi olaraq çalışan Rocky Balboa-nın (Sylvester Stallone) həyatı ilə bağlıdır. Rocky boks idmanına olan sevgisi ilə tanınsa da, peşəkar boksçu olmaq arzusu gerçəkləşmir. Bir gün, bəxt onun ayağına gəlir: ABŞ-ın ağır çəki çempionu Apollo Creed ilə (Carl Weathers) döyüşəcək rəqibi rinqdən çəkildiyi üçün oda adi boksçular haqqında olan siyahıda rəqib axtarır və Rocky –ni seçir. Bu, Rocky üçün özünü sübut etmək və həyatının dəyişməsi üçün bir fürsətə çevrilir
Bəziləri üçün sadəcə boks filmi olan “Rocky” filmi, əksinə, yalnız boks matçından ibarət deyil, o, insanın öz hədəflərinə çatmaq üçün mübarizəsini, əzmini və çətinlikləri aşmağı əks etdirir. Rocky-nin həyat yoldaşı Adrian (Talia Shire) ilə olan əlaqəsi, filmin emosional yükünü artırır və onun boks həyatının arxasındakı motivasiyanı gücləndirir
Filmin ən yadda qalan anlarından biri, Rocky-nin məşq prosesidir. Rocky, həyəcan verici məşq səhnələri ilə tanınır; xüsusilə, Philadelphia-da pilləkənləri dırmaşması və “Gonna Fly Now” mahnısı fonunda qaçması, qələbə və özünü aşma simvolu halına gəlib. Bu səhnələr, yalnız boks deyil, həyat mübarizəsi üçün də motivasiya verir. Səhnə o qədər mükəmməldir ki mahnı və məkanla bağlı kifayyət qədər edit görə bilərsiniz
Filmin müvəffəqiyyəti, 1977-ci ildə Oskar mükafatında “Ən Yaxşı Film” nominasiyasında qazanması ilə daha da artırıldı. Sonrakı illərdə film seriyası, Rocky ilə bağlı olan bir neçə davamı və “Creed” adlı spin-off filmləri ilə genişlənmişdir.
Birdaha “Rocky”, yalnız boksdan ibarət bir hekayə deyil; o, insan iradəsinin və mübarizəsinin simvoludur. Bu film, həmçinin hər kəsin öz hədəflərinə çatmaq üçün mübarizə aparmağın vacibliyini vurğulayır.
Hazırladı: Səid Məmmədov