Azərbaycan Qran-Prisi (Azerbaijan Grand Prix) 2026-cı ilin mövsümünə qədər qüvvədə olacaq.
Uvertüra.az xəbər verir ki, “Formula 1”in rəsmi səhifəsində açıqlanıb ki, beləliklə tərəflər arasında yeni müqavilənin vaxtı daha 3 il uzadılıb.
Qeyd edək ki, Xəzər dənizinin sahilində yerləşən, Hermann Tilke tərəfindən hazırlanmış 6 km uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası həmişə yaddaqalan yarışlara ev sahibliyi edib.
Formula 1 Azərbaycan Qran-Prisində bu vaxta qədər təkrar qalib olmayıb. Bakıda 2016-cı ildə keçirilmiş debüt F1 yarışının qalibi Niko Rosberq olub, ardınca isə Daniel Rikkardo, Luis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qələbə qazanıb.
Bu il Bakı Şəhər Halqası hər sessiyasında azarkeşlər üçün yüksək həyəcan vəd edən Sprint yarışının təsnifat turu və 100 km-lik Sprint yarışı ilə yeni formatda keçirilən mövsümün altı Sprint yarışından birincisinə ev sahibliyi edir.