Mədəniyyət

Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub

Fransanın Blua şəhərində keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi təqdim olunub.

Uvertura.az Reporta istinadən xəbər verir ki, Tur Universitetinin təşkilatçılığı ilə baş tutan və 16 ölkənin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Blua şəhərinin merinin müavini və yüzlərlə yerli sakin stendi ziyarət edərək, Azərbaycanın milli musiqi alətləri, qədim abidələri, milli geyimləri, mətbəxi ilə yaxından tanış olublar.

You may also like