Bakıdakı Rus evində bir çox respublika müsabiqəsinin laureatları, gənc rəssamlar Leyli, Sərhad və Fərrux Burzunun “Sehrli dünyamız” adlı sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, təsviri incəsənət müəllimi, gənc rəssamların pedaqoqu Səbinə Ağasıyeva, eləcə də Fərhad Burzu sərginin açılışında iştirak ediblər.