Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan Uvertura.az-a bildirilib ki, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, Nizami Cəfərovun “Ümumi dilçilik”, Əlistan Əkbərovun “Müasir Azərbaycan dilinin üslubiyyatı”, Rəna Mahmudovanın “Azərbaycan dilinin lüğətçilik tarixi”, Buludxan Xəlilovun “Dil mədəniyyəti”, Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, Nizami Xudiyevin “Qədim türk yazılı abidələrinin dili” kimi 30-a qədər kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.