Mədəniyyət

Gənclər Kitabxanasının layihəsi – “Oxu, öyrən, qazan”

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsi ilə birlikdə rayon ərazisində yerləşən Mərkəzi Parkda “Oxu, öyrən, qazan” adlı layihə həyata keçirilib.

Kitabxanadan Uvertura.az – a bildirilib ki, layihənin əsas məqsədi mütaliənin təbliği, uşaqlarda mütaliə-bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, gənc nəsildə intellekt səviyyəsinin yüksəldilməsi olub.

You may also like