Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
“Gənclərin kitab çap etdirmək sevdasını da anlamıram…” – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Ədəbiyyat

“Gənclərin kitab çap etdirmək sevdasını da anlamıram…”

Uvertura.az xəbər verir ki, yazıçı Nemət Mətin feysbuk hesabında kitab çapında yazıçıların və nəşriyyatların üzləşdikləri problemlərdən yazıb. Onun fikrincə, məişət qayğılarını unutmaq üçün yeganə çıxış yolu kitab oxumaqdır. Yazıçı fikirlərinə belə davam edib:

“Yazıçıların bioqrafiyasını oxuduqca görürsən ki, əksəriyyəti başqa işlərdə işləyib. Ölkəmizdə kitabdan pul qazanan 5-10 adam varsa, min bir fırıldaq edir. Çox çətindir. Yalandan kitabın üstünə 3-cü, 5-ci nəşr yazdırır, kitabı keyfiyyətsiz çap edən mətbəədə çıxarır. Başqa yazıçı-şairin kitabını öz adına çap etdirən də var. Qapı-qapı gəzib kitabını paylayan da görmüşük. Kitabı çıxsın deyə yaltaqlanan da olur. Xeyli borcu olan nəşriyyatları say-say bitməz… Bütün bunlara baxmayaraq insan gərək əyilməsin”.

Gənc yazıçılarımız bəzən kitablarını çap etdirə bilmədikləri üçün gileylənirlər. Amma yazıçı Ayxan Ayvaz belə düşünmür. O, mediaya açıqlamasında problem kimi görünən məsələyə münasibətini bildirib:

“Açığı, məncə, bu cür problem yoxdur. Çünki mən heç vaxt kitabımı çap etdirmək problemi yaşamamışam. “Qanun” nəşriyyatı həmişə dəstək olub. Mənə elə gəlir, istedadlı adamlara da həmişə dəstək olurlar. Sadəcə məsələ burdadır ki, bəzən gənc yazıçının kitabı nəşriyyatı geriyə salır. Onun kitabı satılmır, maraq yaratmır, nəticədə də tozlanıb qalır rəflərdə. Ona görə nəşriyyatlar seçim etmək məcburiyyətindədirlər. Bizim kimi Allah ümidinə yaşayan nəşriyyatlar da neyləsin, hamının kitabını çap etmək olmur, çünki ətraf özünü dahi elan eləyənlərlə doludur. Ona görə də məcburdurlar ki, seçim edib bildikləri, istedadlarına bələd olduqları imzaları çap etsinlər.

Ümumiyyətlə, gənclərin bu kitab çap etdirmək sevdasını da anlamıram. Tutaq ki, mənim kitabım çap olunmursa, heç olunmasın. Buna görə niyə gileylənim? Ölkədə bu boyda problem var, yerində olmayan o qədər sahə var ki… Məncə, gənclər etiraz ruhlu olsunlar və düşəni vurmasınlar. Gənclər azı dişlərini çıxarıb əjdaha kimi onları udmaq istəyən məmurlardan özlərini qorusunlar. Dünyada sağlığında kitabı çıxmayan o qədər yazıçı olub ki… Kitab çıxartmaq yox, yaxşı mətn yazmaq vacibdir. Yaxşı mətn kitab halında olmasa da axır-əvvəl öz yerini tapacaq”.

You may also like