Dünya Xəbərləri

“Game of Tronse” serialında istifadə edilən rekvizit 1.5 milyon dollara satıldı

Dünya kino tarixində böyük maraqla qarşılanan “Game of Tronse” serialında istifadə edilən dəmir taxt hərraca çıxarılıb.

Uvertura.az xəbər verir ki, Təxminən 6 dəqiqə davam edən hərracda personajların 8 mövsüm mübarizə apardığı “Dəmir taxt” 1,5 milyon dollara pərəstişkarına satılıb.

Qeyd edək ki, həftə sonu keçirilən hərracda taxt ən yüksək qiymətə satılan əşya olub. Üç gün davam edən tədbirdə 900-dən çox əşya sərgilənib, dünya üzrə 4500-dən çox iştrakçı cəlb edilib və 21 milyon dollardan çox gəlir əldə edilib.

 

 

 

You may also like