“Barcelona” futbol klubunun sabiq ulduzu Gerard Pique və dünya şöhrətli müğənni Shakiranın münasibətləri ilə bağlı şok iddia yayılıb.
Uvertura.az xəbər verir ki, İspaniya mediasında yayılan məlumatda deyilir ki, onlar qarşılıqlı razılıq əsasında olan 3 illik açıq münasibətə sahib idilər.
Bu isə o deməkdir ki, “Sən istədiyini edə bilərsən, mən də öz. Amma media qarşısında hələ də bir cütlük olaraq qalmalıyıq”, – deyə qeyd edilib.
Qeyd edək ki, Shakira uşaqları ilə birlikdə Barcelonadan Amerikaya köçüb. Onun bildirdiyinə əsasən xəyanət edildiyini isə mediadan öyrənib və həmin zaman isə reanimasiyada olan atasının yanında olub. “Həyatımda ən çox sevdiyim şəxs, ən yaxşı dostum, yəni atam, ona ən çox ehtiyac hiss etdiyim anda məni tərk edirdi. Nə onunla danışa bilirdim, nə də olanlar haqqında tövsiyə ala bilirdim”, – deyə daha əvvəlki açıqlamalarında əlavə etmişdi.