Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya nəhəngi Google Avropa və digər ölkələrdə suni intellekt (AI) bacarıqlarının öyrədilməsi üçün 25 milyon avro xərcləməyi planlaşdırır.
” AI Opportunity Initative” təşəbbüsü sosial müəssisələrdə və qeyri kommersiya təşkilatlarına, həmçinin inkişaf etmək üçün AI-dən istifadə edən bir sıra şirkətlərə yönəlib.
Google qeyd edib ki, neyron şəbəkəlrin imkanlarının öyrənilməsi və istifadəsi iqtisadi bərabərsizlik və işsizliklə mübarizə aparmağa kömək edir.