Mayın 29-da Bakıda Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert keçirilib.
Uvertura.az xəbər verir ki, Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsert məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipurun bədii rəhbərliyi ilə təşkil olunub.