Mədəniyyət

Göygöl festivalında Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda IV Milli Yaylaq Festivalı keçirilib.

Uvertura.az xəbər verir ki, festivalda qonşu Gürcüstandan 18 nəfərlik nümayəndə heyəti iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi, “Ceyran” Rəqs ansamblı, Aşıq Nargilə və aşıq Əfqan, tanınmış gürcü müğənni Dito Kisişvili, “Şemoxmiandi” gürcü xor qrupu el şənliyinə qatılıblar.

You may also like