Maurizio Gucci 1948-ci ilin sentyabrın 26-da dünyaya gəlib və italyan biznesmen və “Gucci” dəb evinin rəhbəri olub. O, aktyor Rodolfo Gucci-nin oğlu olub. Həmçinin şirkətin yaradıcısı Guccio Gucci-nin (1921-ci il) nəvəsidir.
Uvertura.az BloombergTV-yə istinadən xəbər verir ki, 1995-ci ilin martın 27-də isə o, şirkətin Milan ofisində ölü tapılmışdır.
Onu öldürən isə keçmiş həyat yoldaşı tərəfindən tutulmuş qatil idi. Maurizio-nun keçmiş həyat yoldaşı isə Patrizia Reggiani idi. Bildirək ki, Maurizio Rodolfo-nun yeganə varisi idi və o öldükdə “Gucci”dəki səhmlərinin 50%-i ona qalmışdı. Bir neçə il davam edən məhkəmə çəkişmələrindən sonra Patrizia 1998-ci ildə 29 il azadlıqdan məhrum edilmişdi. Daha sonrakı araşdırmalar isə göstərmişdi ki, onun keçmiş yoldaşını öldürməkdə motivi isə pul, qısqanclıq və nifrət hissi olub. Bir çox məhkəmə müraciətlərindən sonra onun həbsxanada keçirəcəyi vaxt 26 ilə endirilmişdi, daha sonra isə yəni 2016-ci ildə 18 il yatdıqdan sonra azadlığa buraxılmışdı. Bir neçə dəfə isə özünə qəsd etmək istəmiş, ancaq həbsxana işçiləri tərəfindən müdaxilə edilərək onun bu hərəkətinin qarşısı alınmışdı.
Qeyd edək ki, Maurizio ilə əmisinin 3 oğlu arasında daim “Gucci”nin taleyi ilə bağlı konfliktlər olub. Belə ki, şirkətin 50%-nə sahib olan Maurizio heç vaxt digər əmisi uşaqlarını “Gucci”ni müasirləşdirmək yolunda səylərini dəstəkləməyə inandıra bilməmişdi. Şirkətin 1994-cü ildən CEO-su isə Domenico De Sole olmuşdu və o həmin dövrün ən yaxşı dəb dizaynerlərindən biri olan Tom Ford-u işə qəbul edir. Onların birgə əməkdaşlığı dövründə isə şirkətin satışlarının həcmi 2 qat artmışdı. 2000-ci illərdə isə şirkət həmin dövrün ən güclü rəqiblərindən biri olan LVMH ilə rəqabət aparmaq üçün “Gucci” dəb evi altında markaların sayını artırmağa çalışmışdılar. Nəticədə rəqibi LVMH-ə uduzmamış və sektorda ən güclülərdən biri olduğunu sübut etmişdi.