Dünya Xəbərləri Maraqlı

Günəş patlamaları nədir və elektrik kəsintilərinə səbəb ola bilərmi?

Günəşin səthində baş verən yüksək enerjili partlayışlar – yəni günəş patlamaları – Yer kürəsində ciddi texnoloji problemlərə yol aça bilər. Bu təbii hadisələr zamanı Günəşdən Yerə doğru güclü elektromaqnit dalğaları və yüklü hissəciklər göndərilir.

Uvertura.az xəbər verir ki, Xüsusilə günəş aktivliyinin zirvə nöqtəsinə çatdığı dövrlərdə belə partlamaların sayı əhəmiyyətli dərəcədə artır.

Alimlər xəbərdarlıq edirlər ki, bu hissəciklər Yer atmosferinə çatdıqda planetimizin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək jeomaqnit fırtınalarına səbəb ola bilər. Bu isə öz növbəsində elektrik ötürmə sistemlərinə mənfi təsir göstərir.

Mütəxəssislərin fikrincə, uzun məsafəli elektrik xətləri bu cür maqnit dəyişikliklərinə qarşı həssasdır. Qeyri-adi axınlar transformator və digər enerji qurğularında nasazlıqlar yarada bilər ki, bu da genişmiqyaslı elektrik kəsintilərinə gətirib çıxarır:

1989-cu ildə Kanadada baş verən günəş patlaması nəticəsində Quebec bölgəsində enerji sistemi sıradan çıxıb. Nəticədə 6 milyon insan işıqsız qalıb.
859-cu ildə isə qeydə alınmış ən güclü günəş fırtınası zamanı telegraf xətləri ciddi şəkildə zədələnib, bəziləri isə yanaraq istifadəyə yararsız hala düşüb.

Günəş patlamalarının təsiri yalnız enerji sistemləri ilə məhdudlaşmır. Həmçinin peyk sistemləri, rabitə və naviqasiya texnologiyaları da bu təsirlərdən zərər görə bilər.

Mütəxəssislər hesab edirlər ki, qarşıdakı illərdə günəş dövrü maksimum həddinə çatacaq və bu səbəbdən belə hadisələrin tezliyi arta bilər. Buna görə də kritik infrastrukturun mühafizəsi üçün qabaqlayıcı tədbirlərin görülməsi vacib hesab olunur.

You may also like