Xalq artisti Qurban İsmayılov Cümə axşamı proqramında “Almaz” rolu haqqında fikir bildirib.
Uvertura.az xəbər verir ki, “Vətəndaş A” serialının oyuncuları Qurban İsmayılov, Günəş Tegin və prodüser Sevinc Əliyeva İctimai TV – də Cümə axşamı proqramına qonaq olublar.
Aparıcının “Bugün Almazların sayı çox olamlıdır fikrinə necə yanaşırsınız?” sualına xalq artisti belə cavab verir:
“Mən düşünürəm ki hər bir insan haqsızlığa qarşı öz fikrini bildirməlidir. Almaz daha çox qadınların haqlarını müdaifə edir. Feminizmə görə yox, bəzi çürük adət ənənələr var, məsələn, qız uşaqlarını vaxtından əvvəl evləndirmək, sevmədiyi adamla evləndirmək və s.” – deyə xalq artisti bildirib.
Əlavə olaraq qeyd edib ki “Almaz” və “Vətəndaş – A” serialında “Almaz” rolunun etdiyini “Hacılar”, “Hacı Əhmədlər” heç bir təmənna güdmədən etsələr daha yaxşı olar.