Müğənni Şəbnəm Tovuzlu şəxsi mülkləri ilə bağlı açıqlama verib.
Uvertura.az xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.
“Bir işi bitirib, digərinə keçmirəm. Bu isə əslində yaxşı bir xasiyyət deyil. Sonra da bir az peşman oluram. Çalışıram ki, bütün işlərimi eyni anda həll edim. Hazırda iki evim təmirdədir. Biri bina evindəki mənzildir, digəri isə bağ evi. Hərəsində 15-20 usta işləyir. Bu, əslində mənim günahımdır”, – deyə müğənni bildirib.