Kino Şou-biznes

Hər kəs ekran qarşısına: “Aşk-ı Memnu” yenidən başlayır

2008-2010-cu illər və daha sonrakı onillikdə sevilən TV filmlərindən olan “Aşk-ı Memnu” təkrar seriyaları ilə iyulun 3-dən etibarən Kanal D-də yayımlanacaq.

Uvertura.az xəbər verir ki, qadağa olunmuş eşq mənasına gələn serial daha dəqiq 13 il keçməsinə baxmayaraq auditoriyanın sevərək izlədiyi filmlərdən biridir.

Qeyd edək ki, ilk dəfə film 1974-1975-ci illərdə ekranlara gəlmişdi. Həmin zaman baş rolda Müjde Ar, Itır Esen, Salih Güney və s. var idi. İki mövsüm davam edən 2008-2010-cu illərdəki ekran işində isə baş rollarda Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Nebahat Çehre kimi aktyor və aktrisalar rol almışdı.

You may also like