Həsənağa Salayev realistik və romantik aktyorluq məktəblərini uğurla təmsil edən sənətkar kimi fərqlənirdi. Salayev uzun illər psixoloji dramatik obrazları parlaq şəkildə təcəssüm etdirmişdir. O, 1937-ci ildə Bakı Teatr Texniki Kollecini bitirib. Bir ildən sonra, yəni 1938-ci ildə isə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Aktyor 1941-ci ildə müharibəyə gedib və bir ildən sonra isə özünün doğma teatrına geri qayıdıb. Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri olan Həsənağa Salayev teatr sevənlərin yaddaşında dərin iz qoya bilib. İstedadlı aktyor əsas və ikinci rolları ifa edib, onların sırasında Səməd Vurğunun “Xanlar”, “Fərhad və Şirin”, Zeynal Xəlilin “Qatır Məmməd” əsərlərini və eyni zamanda Şeksprin faciələrini “Otello”, “Antoni və Kleopatra”nı misal göstərmək olar. Aktyor, həm romantik, həm də dramatik rolları məharətlə oynayıb.
Həsənağa Salayev, Azərbaycan Film Studiyası tərəfindən hazırlanan bir çox fimlərdə də rol alıb, onların sırasında “Koroğlu”, “Fətəli Xan”, “Görüş”, “Onu bağışlamaq olarm?”, “O olmasın, bu olsun” var. Eyni zamanda aktyor gənc evli cütlüyün sosial həyat şəraitindən və qarşılıqlı münasibətlərindən bəhs edən “Aygün” televiziya filmi ilə də yaddaşlara həkk olunub. Filmin mövzusu bu gün üçün də aktualdır və ailələrdə gender bərabərsizliyinə işıq üzü tutur.
Əsərin televiziya filmi kimi nümayişi nəzərdə tutulsa da, ssenari müəllifi Kamil Rüstəmbəyov onu bədii film etmək qərarına gəlib. Beləliklə, Kamil Rüstəmbəyovun adı Azərbaycan kinosunun tarixinə ilk bədii televiziya rəhbəri kimi də daxil olub.
Milli kinoya verdiyi töhfələrə görə Həsənağa Salayev 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Mənbə: azernews/ingilis