Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal, ondan qalan əşyaların fotosunu sosial mediada paylaşıb.
Uvertura.az Axşam.az-a istinadən xəbər verir ki, Röyal, aktrisanın pulqabısından çıxan əşyaları göstərərək bu sözləri yazıb:
“Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacayıq. Nə bilim, vaxt dolana qədər hərəmiz bir təhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki… Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir”.
Qeyd edək ki, “Toppuş” ləqəbli aktrisa uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb və dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var.