Məşhur türk müğənnisi Hadisenin bir il öncə səssiz şəkildə evləndiyi biznesmen partnyoru Mehmet Dinçerler ilə barışdığı iddia edilib.
Uvertura.az xəbər verir ki, Hadise isə bu haqda açıqlama verib və əlavə edib ki, bu əsla mümkün deyil.
Qeyd edək ki, ayrıldıqdan sonra isə belə bir fikir səslənirdi ki, əslində Mehmet Dinçerlerin Hadiseye aldığı evlilik üzüyü saxta olub. Dinçerler isə bu haqda açıqlama vermiş və bu fikrin əsassız olduğunu bildirmişdi. Əlavə edək ki, biznesmen həyat yoldaşından ayrıldıqdan sonra sosial media hesablarını daha aktiv şəkildə idarə edir və Hadise ilə olan ortaq xanım dostlarına şərhlər yazır.