“Hamı “Mercedes” olmaq istəyir, amma “Zaporojets” kimi fikirləşir. Əgər sənin səsin varsa bu hələ o demək deyil ki, hər şeyin var. Başı da biraz işlətmək lazımdır”.
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, əməkdar artist Ədalət Şükürov “İncə səhər” verilişində sənətə yalnız pul qazanmaq məqsədilə gələn ifaçılardan bəhs edib. Müğənni, bu cür şəxslərin sənətin əsl dəyərini anlamadığını və yalnız maddi maraqları güddüyünü vurğulayıb:
“Əgər gözəl səsin varsa və sən başını da gözəl işlədirsənsə, bu tandemdə irəli gedə biləcəksən. Bizim gözəl müğənnilərimiz var, amma marketinq sahəsində zəyifdirlər. Əgər gözəl səsin varsa və marketinqdən anlayışın yoxdursa kənardan bu sahəni biləni dəvət edirsən və o sənə kömək edir. Beləcə, sən səsinlə pul qazanırsan. Biz hər bir sənətlə pul qazanmaq üçün məşğuluq. Əgər mən gözəl qarmon ifaçısıyamsa və bu musiqi ələtində ifam mənə pul gətirmirsə, o zaman gedib misal üçün çəkməçiliklə məşğul olacağam ki, mənə bu iş daha çox pul gətirsin”.