Dünya Xəbərləri

Hansı şəhər daha bahalıdır? – London, yoxsa Nyu-York?

Bir çoxlarının xəyalı budur ki, Avropa şəhəri London, yaxud ABŞ-ın şəhərlərindən biri olan Nyu-Yorkda yaşasın.

Uvertura.az xəbər verir ki, CNBC TV kanalının apardığı araşdırma nəticəsində məlum olub ki, Nyu-York həyat şəraitinin bahalılığına görə Londondan fərqlənir.

Əvvəllər Nyu-Yorkda yaşamış, daha sonra Londona köçən amerikalıların fikrincə, burada ərzaq və kirayə qiymətləri ucuzdur.

Qeyd edək ki, 2022-ci ildə aparılan araşdırmada məlum olub ki, Nyu-York-da 8.3 milyon insan yaşayır və bahalılığına əsasən Sinqapurdan sonra ikincidir. Eyni renkinqə görə Londonda isə 8.8 milyon insan yaşasa da, bahalılığına əsasən 28-ci yerdədir. Londonda bir ay yaşamaq üçün 7.200, Nyu-Yorkda isə 9.500 dollara ehtiyacınız var.

Əlavə edək ki, CNBC nəşrinin bildirdiyinə görə Londonda həyat Nyu-Yorkla müqayisədə ucuz olsa da, insanların gəlir vergisi yüksəkdir.

You may also like