Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not kitablarının təqdimatı olub – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət

Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not kitablarının təqdimatı olub

Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının təqdimatı olub.

Uvertura.az xəbər verir ki, Könül Arifqızının aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

O qeyd edib ki, notlar Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyətli rol oynayır.

Sonra “Əbədi imzalar” filminin nümayişi olub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

“Elə ölkə yoxdur ki, muğamımız və musiqimiz tanınmasın. Bu gün bütün ifaçılarımız hər bir əsəri səsləndirə bilər. Bir neçə müddət idi ki, bir qrup bu layihə üzərində çalışırdı. Layihə musiqimizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir”, – deyə nazir müavini qeyd edib.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə not kitablarının hazırlanması zamanı İttifaqın əməkdaşlarının böyük təşəbbüs göstərdiyini bildirib. Xalq artisti bu cür topluların bütün dünyaya yayılmasından şad olduğunu söyləyib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək layihə üzərində çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

Tədbirdə Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların xor, mahnı və instrumental əsərləri ifa edilib.

You may also like