Şou-biznes

Hollivud aktyoru Cin Hekman və həyat yoldaşı ölü vəziyyətdə tapılıb.

Amerikalı aktyor, iki dəfə “Oskar” mükafatı laureatı olan 95 yaşlı Cin Hekman və həyat yoldaşı Betsi Arakava Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində ölü tapılıblar. APA-nın məlumatına görə, bu barədə “Sky News” xəbər yayıb.

Uvertura.az xəbər verir ki, cütlüyün cəsədləri evlərində aşkarlanıb və ölüm səbəbləri hələlik dəqiq müəyyən edilməyib. Cin Hekman 1971-ci ildə Uilyam Fridkinin çəkdiyi “The French Connection” filmindəki roluna görə “Ən yaxşı baş rol”, 1992-ci ildə Klint İstvudun çəkdiyi “Unforgiven” filmindəki roluna görə isə “Ən yaxşı köməkçi aktyor” nominasiyalarında “Oskar” mükafatını qazanıb.

Qeyd edək ki, ilkin autopsiya nəticələrinə əsasən, cütlüyün cəsədlərində xarici travma izləri aşkar edilməyib. Hazırda ölüm səbəblərinin müəyyən edilməsi üçün araşdırmalar davam edir.

Cin Hekman 30 yanvar 1930-cu ildə Kaliforniyanın San-Bernardino şəhərində anadan olub. O, 60 ildən artıq davam edən karyerası ərzində “Bonnie and Clyde”, “Superman” və “The French Connection” kimi filmlərdəki rolları ilə tanınıb.

Hekman və Arakava 1991-ci ildə evləniblər və Santa Fe şəhərində yaşayırdılar. Onların ölümü kino sənayesi və pərəstişkarları üçün böyük itki hesab olunur.

You may also like