Estoniya və Somali Azərbaycanda səfirlik açmağa hazırlaşır.
Uvertura.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat”da qeyd olunub.
Bildirilib ki, Estoniya və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara artıq başlanılıb.
