İngilis qızcığazın siması əsasında ilk dəfə Barbie-nin daun sindromlu uşaqlar üçün versiyası hazırlanıb.
Uvertüra.az Böyük Britaniyanın “This Morning” proqramına istinadən xəbər verir ki, eyni problemdən əziyyət çəkən model Ellie Goldstein daha öncə isə məşhur Vogue jurnalının üzqabağında fotosu əks edilib, Adidas şirkəti isə ona heykəl düzəltdirib.
Veriliş çərçivəsində qeyd edilib ki, yeni Barbie gəlinciyini indidən öncədən sifariş etmək mümkündür, ancaq satışlar isə mayın 3-dən başlayacaq.
Qeyd edək ki, daha öncə belə fikir var idi ki, Barbie obrazı gözəl, qüsursuz, zərif olmalıdır.