Keçmiş “W-trio” qrupunun üzvləri – Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova, 20 illik fasilədən sonra yenidən eyni səhnəyə çıxıblar.
Uvertura.az xəbər verir ki, onlar “İctimai TV”nin Yeni il şənliyində iştirak ediblər.
Müğənniləri, qrupun yaradıcısı olan Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə müşayiət edib.