Uvertur.az Azərtaca istinadən xəbər verir ki, bu səhnə əsərində baş rol “Şöhrət” ordenli, Xalq artisti Şükufə Yusupova tərəfindən canlandırılıb.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti isə Zaur Əliyevdir.
Psixoloji dram janrında olan bu tamaşa müharibədə oğlunu itirən bir ananın həyatını əks etdirir. Bir neçə il əvvəl gənc alim olan qadın, arxeoloji ekspedisiyada iştirak etmək üçün bir dağ kəndinə gedərkən, yamacda tək bir ağac görür. Bu ağacın kölgəsində oturarkən, qadın ana olacağını anlayır və beləliklə, ağacla arasında dərin mənəvi bir bağ yaranır. Hətta körpəsini bu ağaca bənzədir. Lakin müharibə səbəbindən qadın arxeoloji qazıntı işindən uzaqlaşır və oğlunu şəhərdə böyüdür. Həmişə ümid edir ki, işğal altında olan bu dağ yamacındakı ağacı oğluna göstərəcək. İllər sonra, oğul həmin ərazini işğaldan azad edərkən, anasının danışdığı ağacı tanımadan şəhid olur. Qadın yalnız bir sığınacaq tapır: yamacdakı tək ağac. Son bir dəfə onu görmək və burada intihar etmək üçün qadın işğaldan azad olunmuş həmin yamaca qayıdır.
Müəllif bu əsəri müharibədə oğlunu itirmiş analara ithaf edib.