“Əvvəllər bir qadına aşiq idim, amma indi yox.”
Uvertura.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Real”ın futbolçusu Kilian Mbappe bildirib.
O, açıqlamalarında diqqət çəkərək deyib: “İndi heç kimə aşiq deyiləm. Ümid edirəm ki, gələcəkdə yenidən kimisə sevə biləcəm.”
Mbappe, PSJ-də oynayarkən komanda yoldaşı olan argentinalı superulduz Lionel Messi ilə bağlı suala da cavab verib: “Messi hər şeydə ən yaxşı olan biridir. Onun kimi bir adamdan çox şey öyrənmək mümkündür. Mən həmişə onun yanına gedib, “bunu necə edirsən” sualını vermək istəyərdim.”