İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib və o, yenidən reanimasiyaya yerləşdirilib.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir və vəziyyəti ağır-stabildir.
Xatırladaq ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənovun halı pisləşdiyi üçün Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilmişdi. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu qoyulmuşdu. Yanvarın 18-də vəziyyəti stabilləşən Ənvər Həsənov həmin tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.