Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Uvertura.az xəbər verir ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: “O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.