Şou-biznes

İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya transfer edilib, vəziyyəti yaxşılaşıb

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb və o, palataya köçürülüb.

Uvertura.az Report-a istinadən xəbər verir ki, bu barədə aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: “Yəqin ki, yaxın günlərdə evə buraxılacaq”.

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

.

You may also like